Tramp bəylə gəlini ŞOKA SALDI

Tramp bəylə gəlini ŞOKA SALDI
16:24 12 İyun 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

 ABŞ prezidenti Donald Tramp qəflətən tanımadığı şəxslərin toy mərasiminə qatılıb.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, həftəsonu ona məxsus “Qolf-klub"da dincələn Tramp həmin gün klubda keçirilən toy mərasiminə qatılaraq qonaqlara sürpriz edib.

 

Mərasimə qatılan D.Tramp bu ani gəlişdən şoka düşən gəlin və bəyi təbrik edib, onlarla şəkil çəkdirib.

 

Şahidlərin dediyinə görə, Trampın gəlişi 3-4 dəqiqəlik bir şey idi: “Qonaqlar dövlət başçısını görən kimi çox həyəcanlandılar. Hamı ayağa qalxıb onunla şəkil çəkdirmək üçün növbəyə dayandı. Bu, anidən oldu”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276797

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR