Türkiyə Qətərə 15 təyyarəlik ərzaq göndərdi

Türkiyə Qətərə 15 təyyarəlik ərzaq göndərdi
16:37 12 İyun 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

Son 5 gün ərzində Türkiyə Qətərə 15 təyyarə ilə ərzaq məhsulları göndərib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Türkiyədən göndərilən yükün ümumi həcmi min tondan çoxdur.

Daha əvvəl Qətərin içməli su və ərzaq məhsullarının tədarükü üçün İran və Türkiyə ilə danışıqlara başladığı məlumat verilmişdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/553650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR