SOCAR-da insan resurslarının idarə edilməsi ilə bağlı layihənin tətbiqi davam etdirilir

SOCAR-da insan resurslarının idarə edilməsi ilə bağlı layihənin tətbiqi davam etdirilir
16:42 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) “İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiya Layihəsi"nin tətbiqi davam etdirilir.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, layihənin tərkib hissəsi olan “Səriştəliliklərin idarə edilməsi” prosesi çərçivəsində, pilot zona olaraq seçilmiş “Azneft” İstehsalat Birliyinin idarəetmə aparatı, “28 May” və Ə.Əmirov adına NQÇİ-lərdə çalışan 29 nəfər əsas istifadəçiyə 1 ay müddətində İnsan Resursları Departamentinin əməkdaşları tərəfindən SAP HCM modulu üzrə biznes və sistem təlimləri başa çatdırılıb. İyunun 8-dən etibarən layihə qrupu üzvləri və əsas istifadəçilər arasından seçilmiş təlimçilər tərəfindən pilot zonanın əhatə etdiyi təşkilatlarda, həmçinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsində, eləcə də İnsan Resursları Departamentində sistemlə birbaşa işləyəcək xətti rəhbərlər üçün təlimlərin keçirilməsinə start verilib. Ümumilikdə 215 nəfəri əhatə edəcək təlimlərdə insan resurslarının idarə edilməsinin müasir konsepsiyaları, layihənin müxtəlif fazaları, proseslərin SAP HCM sistemi və İnsan Resursları portalı haqqında nəzəri və praktiki biliklərlə bağlı məlumatlar işçilərə çatdırılacaq. 
Buna paralel olaraq pilot zona üzrə bütün işçilərin maarifləndirilməsi məqsədi ilə interaktiv elektron təlim proqramının həyata keçirilməsi planlaşdırılıb. İşçilər elektron təlim proqramı bitdikdən sonra hazırlanmış video carxlar vasitəsilə tanış olacaq və praktiki olaraq sistemdən istifadə etmə imkanı əldə edəcəklər. Təlimlərin iyunun 22-də başa çatdırılması nəzərdə tutulub. Pilot zona üzrə müəssisə və təşkilatlarda tətbiq olunan proseslər qısa müddət ərzində SOCAR-ın bütün işçilərini əhatə edəcək.                               





Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-da-insan-resurslarinin-idare-edilmesi-ile-bagli-layihenin-tetbiqi-davam-etdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR