Bakıda küçədə qadınları döyən kişi tutuldu

Bakıda küçədə qadınları döyən kişi tutuldu
16:44 12 İyun 2017
43 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda xuliqanlıq etmiş şəxs tutulub. Lent.az xəbər verir ki, Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-də Zirə qəsəbəsi ərazisində qəsəbə sakini Mehin Zeynalovanı, iyunun 9-da isə digər qəsəbə sakini Nəzrin Hüseynovanı xuliqanlıq zəminində döyməkdə şübhəli bilinən Bakı şəhər sakini Şöhrət Məmmədov tutulub.

 

Araşdırma zamanı onun həmin qadınların çantalarını soyğunçuluq yolu ilə almağa cəhd göstərməsi müəyyən edildiyindən barəsində Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276806

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR