İbadət yerinə çılpaq gəldi: hər kəs birdən qışqırıb ağlamağa başladı - VİDEO - FOTO

İbadət yerinə çılpaq gəldi: hər kəs birdən qışqırıb ağlamağa başladı - VİDEO - FOTO
16:47 12 İyun 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

23 yaşlı gənc qadın çılpaq vəziyyətdə Qüdsdə yəhudilər üçün müqəddəs sayılan "ağlama divarı"na gəlib.

İbadət yerinə lüm-lüt gələn gənc qadın aranı qarışdırıb. Qadın heç kimi dinləmədən kişilərin ibadət etdiyi hissəyə doğru getməyə başlayıb. Heç kim onu dayandıra bilməyib. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, qadını o vəziyyətdə görənlər qışqıraraq ağlamağa başlayıblar. Cəld şəkildə gənc qadının üzərini örtməyə, onu geyindirməyə çalışan qadınların səyi boşa çıxıb. Qadın geyinməyi rədd edib.

Qadının kişilərin ibadət etdiyi əraziyə daxil olmağının qarşısı iki təhlükəsizlik işçisi tərəfindən alınıb. Şahidlər təhlükəsizlik işçiləri bu dəfə qadının üzərini örtməyi bacardıqlarını söyləyiblər.

Yəhudi inancına görə "ağlama divarı"nda qadın və kişilər ayrı-ayı yerlərdə dua edir. İsrail televiziyasına danışan bir şahid: "Oraya gəldiyində üzərində geyim var idi. Yavaş-yavaş çıxarmağa başadı. Bu bir təxribatdır".

Adı açıqlanmayan qadının valideynləri isə qızlarının əqli qüsurlu olduğunu deyiblər.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İbadət yerində qadını görən hər kəs birdən qışqırıb ağlamağa başladı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/553622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR