77 nəfərin qatili adını dəyişdi

77 nəfərin qatili adını dəyişdi
17:22 12 İyun 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

2011-ci ildə Norveçdə 77 nəfəri öldürən Anders Breyvik adını dəyişdirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onun yeni adı Fyotolf Hansendir.
 
A. Breyvikin vəkili ad dəyişmənin səbəbinin açıqlanmayacağını bildirib.
 
Xatırladaq ki, 2011-ci ildə Anders Breyvikin törətdiyi terror zamanı 77 nəfər ölüb, 240 nəfər yaralanıb. O əvvəlcə parlament binası qarşısında park etdiyi nəqliyyat vasitəsini partladaraq 8 nəfərin ölümünə səbəb olub, sonra isə 69 nəfəri silahla vuraraq qətlə yetirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/553662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR