"Yoğun idi, nə qədər elədim, çıxmadı - 35 yaşlı qadını ilan sancdı - VİDEO - FOTO

"Yoğun idi, nə qədər elədim, çıxmadı - 35 yaşlı qadını ilan sancdı - VİDEO - FOTO
17:27 12 İyun 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxıda Cabanlı kənd sakini 35 yaşlı Solmaz Tağıyevanı ilan sancıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, bulaqdan su gətirərkən yolda ilan onu sağ ayağının baldır nahiyəsindən dişləyib.

Solmaz Tağıyeva Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilkin yardım göstərilib.

Solmaz Tağıyeva - Zərərçəkən: "Yoldan keçirdim, ilan qəfildən ayağıma dolaşdı. Bilmədim sonra nə oldu. Nə qədər elədim ki, ilan çıxsın, amma çıxmadı. Quru xına rəngində ilan idi. Amma yoğun idi".

Sonradan vəziyyəti ağırlaşdığı üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/553635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR