Türkiyə Qətərə 15 təyyarəlik ərzaq göndərib

Son 5 gün ərzində Türkiyə Qətərə 15 təyyarə ilə ərzaq məhsulları göndərib.

Türkiyədən göndərilən yükün ümumi həcmi min tondan çoxdur.

Daha əvvəl Qətərin içməli su və ərzaq məhsullarının tədarükü üçün İran və Türkiyə ilə danışıqlara başladığı məlumat verilmişdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR