"Hər kəs hazır olsun" - Türkiyəyə qorxulu zəlzələ XƏBƏRDARLIĞI - VİDEO - FOTO

"Hər kəs hazır olsun" - Türkiyəyə qorxulu zəlzələ XƏBƏRDARLIĞI - VİDEO - FOTO
17:32 12 İyun 2017
32 Dünya
Ölkə mətbuatı
A- A+

Egey dənizində 6,3 bal gücündə zəlzələ baş verdiyi və təkanların İstanbul, Tekirdağ, Çanaqqala və İzmirdə hiss edildiyi haqda məlumat vermişdik.

Milli.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, geofizika mütəxəssisi Yrd.Doç. Dr. Oğuz Gündoğdu zəlzələnin ardından dərhal etdiyi açıqlamada bunun gözlənilən olduğunu deyərək, növbəti təkanların olacağı ilə bağlı xəbərdalıq edib: "Bu zəlzələnin ardından yüzdə-yüz ardıcıl zəlzələlər də olacaqdır. Həmin zəlzələlərin gücü Rixter şkalası ilə  4 və ya 5 bal ola bilər. Hər kəs hazırlıqlı olsun. Bölgədə gözlənilən bir zəlzələ idi."

Yrd.Doç. Dr. Oğuz Gündoğdu açıqlamasında zəlzələnin Yunanıstanda belə hiss edildiyini bildirib.

Təhməz Təkin

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İstanbulda güclü zəlzələ baş verdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/553663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR