"Neftçi"nin sabiq futbolçusu dəhşətli qəzada öldü

"Neftçi"nin sabiq futbolçusu Jonas Pessalli avtomobil qəzasında dünyasını dəyişib.

Braziliya mətbuatının yaydığı xəbərə görə, hadisə bu gün səhər saatlarında baş verib.

Braziliyanın Koritiba şəhərində avtomobilini sürətlə idarə edən 26 yaşlı futbolçu maşını işıq dirəyinə çırpıb.
Qeyd edək ki, ötən mövsüm "Neftçi"də oynayan braziliyalı yarımmüdafiəçi 9 oyuna 4 qol vurub. O, son olaraq Braziliyanın "Parana" klubunda çıxış edib. //Qol.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR