“Avropa liderləri Sorosa baş əyirlər, terrorçuları dəstəkləyirlər” - ŞOK İTTİHAM

“Avropa liderləri Sorosa baş əyirlər, terrorçuları dəstəkləyirlər” - ŞOK İTTİHAM
17:53 12 İyun 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Macarıstanın baş naziri Viktor Orban Brüsseli terrorçulara dəstək verməkdə ittiham edib.

Publika.az xəbər verir ki, bu haqda Bolqarıstanın BQNES agentliyi bildirib.

Viktor Orban ölkə parlamentində çıxışı zamanı Brüsseli açıq ittiham edərək onun terrorçuların tərəfində dayandığını deyib. Baş nazir qeyd edib ki, belə mövqe tamamilə anlaşılmazdır.

“Hökumətimiz Avropanın mövqeyini müdafiə edir. Biz Avropa müqaviləsini, həmçinin ölkələr arasındakı məsuliyyət bölgüsünü müdafiə edirik. Macarıstan deyil, Brüssel öz mövqeyini dəyişdirib”, - o vurğulayıb.

O həmçinin bildirib ki, Avropa liderlərinin məşhur amerikalı milyarder Corc Soros baş əyməsini tamamilə absurd hesab edir.

Daha əvvəl Macarıstan hökumətindən bildiriblər ki, Avropa İttifaqı Amerika milyarderinin universitetini bağlamaq cəhdinə görə ölkəyə qarşı sanksiyaları tətbiq etmək niyyətindədir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR