“Qarabağ” dəyişir - Rəsmi müraciət

“Qarabağ” dəyişir -   Rəsmi müraciət
17:57 12 İyun 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ” loqosunda dəyişikliklər edəcək. Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı artıq rəsmi müraciət edib.

 

Komanda dəyişikliklə əlaqədar Azərbaycan Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə müraciət ünvanlayıb. Qurumdan cavab gəldikdən sonra komandanın loqosu yenilənəcək.

 

Digər dəyişiklik isə “FK Qarabagh” ifadəsinin “Qarabağ FK” ilə əvəzlənməsidi.

 

Qeyd edək ki, bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. “Qarabağ” bu təcrübədən yararlanaraq loqosunun üzərinə 1 ulduz əlavə etmək niyyətindədi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qaraba-dyiir-t58659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR