Azərbaycan Beynəlxalq Bankı yeni kampaniyaya başlayıb

Azərbaycan Beynəlxalq Bankı yeni kampaniyaya başlayıb
17:57 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı “Hər kəsə YAY” şüarı altında yeni kampaniyalara start verib. İlk kampaniya yay mövsümündə səyahətə hazırlaşan müştərilər üçün keçirilir.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, iyulun 14-dək davam edəcək kampaniya çərçivəsində "Visa/MasterCard Gold", "Visa/MasterCard Platinum" kartlarını bankın internet səhifəsindən (www.ibar.az) onlayn sifariş edən müştərilər 14 günlük səyahət sığortası paketini pulsuz əldə edə biləcəklər. Bunun üçün müştərinin sığorta şirkətinə getməsinə ehtiyac yoxdur. Sığortanın rəsmiləşdirilməsi bank tərəfindən təmin olunacaq. Hər müştəri bu imkandan yalnız bir dəfə faydalana bilər.
Müştərilər onlayn kart sifarişini www.ibar.az/az/individual/cards/#status-cards linkindən həyata keçirə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-beynelxalq-banki-plastik-kart-alan-musterilere-seyahet-sigortasi-hediyye-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR