Hovuza getmək adıyla evdən çıxdılar və...

Hovuza getmək adıyla evdən çıxan qızlar geri qayıtmayıb.

Metbuat.az bildirir ki, hadisə ötən gün Türkiyənin Dənizli bölgəsində baş verib. Hovuza getmək adıyla evdən çıxan 13 yaşlı iki qız – G.S. və R.D. evə qayıtmayıb. Axşam qızların evə gəlmədiyini görən valideynləri polisə müraciət edib. Araşdırma zamanı bəlli olub ki, qızlardan biri bu gün səhər saatlarında iki oğlan tərəfindən zorla avtomobilə mindirilən zaman görülüb.

Hazırda qızların axtarışı üzrə işlər davam etdirilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR