NATO rəsmisi: “ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətini dəstəkləyirik”

NATO rəsmisi: “ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətini dəstəkləyirik”
18:02 12 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ "NATO üzvü olan bütün dövlətlər Cənubi Qafqazda silahlanmanın artmasından narahatdır".
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu iyunun 12-də NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.
“ATƏT-in Minsk qrupunun üç həmsədrindən ikisi - ABŞ və Fransa NATO-da müttəfiqdir. Onlar da Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsinə sadiqdirlər”, - o vurğulayıb.
C.Appaturay deyib ki, NATO-nun mövqeyi tam aydındır: gərginliyin, hərbi əməliyyatların səviyəsinin azalması, dinc proses: “NATO prosesə birbaşa cəlb edilməyib, mən də onu cəlb edə bilmərəm. Bizim mövqeyimiz qətidir – ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək”.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/atet-in-minsk-qrupunun-qarabag-munaqisesinin-helli-ile-bagli-fealiyyetini-destekleyirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR