"Neftçi" klubu 2 oyunçu transfer edib

"Neftçi" klubu 2 oyunçu transfer edib
18:07 12 İyun 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ "Neftçi” klubu iki futbolçu transferini rəsmiləşdirib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiəçi Məhəmməd Mirzəbəyov və qapıçı Rəşad Əzizli ilə müqavilə imzalanıb.
26 yaşlı Mirzəbəyov 2015-ci ildən Azərbaycan milli komandasının heyətində 15 oyun keçirib. 2011 - 2013-cü illərdə "Neftçi”də çıxış etmiş 23 yaşlı Əzizli isə 15, 17, 19 və 21 yaşadək yığma komandalarımızın üzvü olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-klubu-2-oyuncu-transfer-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR