Rusiyanın bir sıra şəhərlərində icazəsiz etiraz aksiyası keçirilib

Rusiyanın bir sıra şəhərlərində icazəsiz etiraz aksiyası keçirilib
18:07 12 İyun 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Moskvanın mərkəzində keçirilən kütləvi tədbirdə təqribən 270 min insan iştirak edir.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşların təhlükəsizliyini təmin ediblər.
Xatırladaq ki, iyunun 12-də Rusiyada milli bayram qeyd olunur.
Bu gün eyni zamanda Rusiyanın bir sıra şəhərlərində, o cümlədən Moskva və Sankt-Peterburqda icazəsiz etiraz aksiyası keçirilib. Rusiya KİV-inin məlumatına görə, şahidlər Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqribən 50 nəfərin saxlanıldığını xəbər verib.
Bundan əvvəl, günorta saatlarında müxalifət fəalı Aleksey Navalnı da saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyanin-bir-sira-seherlerinde-icazesiz-etiraz-aksiyasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR