Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisinə 5,3 milyon manat ayrılıb

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisinə 5,3 milyon manat ayrılıb
18:12 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
"Report"un məlumatına görə, sərəncamla bir yüz səksən səkkiz min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/xirdalan-bineqedi-balaxani-avtomobil-yolunun-tikintisine-5-3-milyon-manat-ayrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR