Azərbaycanda evdən qaçan nişanlı qızlar tapıldı

Şirvanda itkin düşən gəlin və baldız tapılıb. Ötən gün Aytac Zahidovanın anası Flora Zahidovanın müraciət etməsi nişanlı qızların evə qayıtmasına səbəb olub.

Aytac Zahidovanın anası Flora xanım təşəkkür edib:

“26 maydan evdən çıxıblar və 17 gün idi ki, onlardan xəbər yox idi. Sizə müraciət edəndən sonra qızım “Youtube”da videoya baxıb və evə qayıdıblar. APA TV-yə öz təşəkkürümü bildirirəm ki, qızımın tapılmasında bizə köməklik edib. Onlar Bakıda marketlərdən birində işləyiblər. Telefonlarını satıb özlərinə çörəkpulu ediblər”.

Qeyd edək ki, Şirvan sakinləri, 17 yaşlı Zahidova Aytac Yasər qızı və 18 yaşlı Quliyeva Əfsanə Allahverdi qızı 26 mayda evdən çıxıb və geri qayıtmayıblar. Hər ikisi nişanlı olan Aytac və Əfsanə gəlin-baldız olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR