Azərbaycan diasporu Rusiya Günü ilə bağlı bayram tədbirlərində iştirak edib

Azərbaycan diasporu Rusiya Günü ilə bağlı bayram tədbirlərində iştirak edib
18:22 12 İyun 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskva. 12 iyun. REPORT.AZ/ İyunun 12-də Rusiyada milli bayram - Rusiya Günü qeyd olunur.
"Report"un Rusiya bürosunun məlumatına görə, bayram çərçivəsində Moskvada Çoxmillətli Rusiya Festivalı keçirilir və festivalda Azərbaycan diasporu da iştirak edir.
Belə ki, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) və "Azərbaycan mədəniyyətinin inkişaf və dirçəlişi" (AMİD) Fondunun nümayəndələri xalq gəzintisində iştirak edərək, Rusiya xalqı ilə həmrəy olduqlarını göstəriblər.





Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/azerbaycan-diasporu-rusiya-gunu-ile-bagli-bayram-tedbirlerinde-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR