Bitkoinin qiyməti 3 000 dollara çatıb

Bitkoinin qiyməti 3 000 dollara çatıb
18:22 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ "CoinDesk Bitkoin Price İndex"ə görə, bitkoinin cari məzənnəsi bu gün, iyunun 12-də 3 000 ABŞ dolları səviyyəsinə çatıb. 
"Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, bununla da bitkoinin kapitallaşması 48,89 mlrd. dollara yüksəlib. 
Daha sonra isə bitkoinin qiyməti azalmağa başlayıb və hazırda 2 831 dollar təşkil edir. "Report"un analitik qrupu bildirir ki, bitkoinin qiyməti son iki həftədə 50% artım göstərib. Yaxın günlərdə bitkoinin məzənnəsi bir qədər geriləyərək 2 500 dollaradək düşə bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bitkoinin-qiymeti-3-000-dollara-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR