Qulağının içindən görün nə çıxdı

Hindistanın Hebbal bölgəsində qeyri-adi hadisə baş verib.

Metbuat.az xəbər verir ki, şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən qadının qulağından çıxan hər kəsi şoka salıb.

49 yaşlı qadın yuxudan oyananda qulağının keyidiyini hiss edib. İlk öncə barmağı ilə həmin hissəni qurdalasa da, təsiri olmayıb. Daha sonra qızını çağıran qadın ondan qulağının içərisinə baxmasını istəyib. Həmin an güclü başağrısı ilə üzləşən qadın xəstəxanaya aparılıb.

Xəstəxanada həkimlər xəstənin qulağına dərman tökdükdən sonra gördükləri qarşısında şoka düşüblər. Belə ki, qadının qulağından hörümçək çıxıb.

Sərdar Məmmədov /Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR