Rusiyadan beş ayda 22 mlrd. dollar xalis vəsait çıxarılıb

Rusiyadan beş ayda 22 mlrd. dollar xalis vəsait çıxarılıb
18:57 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Bu ilin ilk beş ayı ərzində Rusiyadan çıxarılan xalis kapitalın həcmi 22 mlrd. ABŞ dolları təşkil edib. 
"Report" "Lenta.ru" saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb.
Bildirilib ki, 2016-cı ilin analoji dövrün ərzində Rusiyadan xalis kapital axını 10,3 mlrd. dollar olub. Beləliklə, kapital axınında illik müqayisədə 2,17 dəfə artım qeydə alınıb. Rusiya Bankının açıqlamasında deyilir ki, ötən ildən fərqli olaraq kapital axınınıda bu il bank sektorunun xarici aktivlərini yerləşdirməsi əməliyyatları və xarici öhdəliklərin ödənilməsi faktları üstünlük təşkil edib.
Xatırladaq ki, 2016-cı ilin yekununda Rusiyadan xalis kapital axını 15,4 mlrd. dollar olub. 2015- ci ildə isə bu göstərici 57,5 mlrd. dollar təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiyadan-bes-ayda-22-mlrd-dollar-xalis-vesait-cixarilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR