Epidemiya nəticəsində ölənlərin sayı 923-ə çatdı

Epidemiya nəticəsində ölənlərin sayı 923-ə çatdı
19:22 12 İyun 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Yəməndə vəba epidemiyası nəticəsində ölənlərin sayı 923-ə çatıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı Yəmən ofisinin sosial media hesabından paylaşdığı açıqlamada 27 apreldən bu vaxta qədər ölənlərin sayının artaraq 923-ə çatdığını bildirib.

Epidemiyaya ümumilikdə 124 mindən çox insanın yoluxduğu ehtimal olunur.

Qeyd edək ki, vəba ölüm riski yüksək olan və güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi ilə xarakterizə olunan ağır xəstəlikdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/553708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR