İtaliyada transfer bombası partladı - 94 milyon avro...

İtaliyada transfer bombası partladı -   94 milyon avro...
19:27 12 İyun 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

"Milan" növbəti transferini açıqlayıb. Fanat.Az xəbər verir ki, İtaliya klubu Andre Silvanı heyətinə qatıb.


Bu barədə klub rəsmi məlumat yayıb. "Portu"dan transfer olunan 21 yaşlı futbolçu ilə 2022-ci ilədək müqavilə imzalanıb. "Milan"ın bu transferə görə portuqaliyalılara 38 milyon avro ödədiyi bildirilir. 


"Milan" bundan əvvəl "Vilyarreal"dan Mateo Musaççio, "Atalanta"dan Frank Kessi və "Volfsburq"dan Rikardo Rodrigesi transfer etmişdi. Klub artıq transferə 94 milyon avro xərcləyib. Belə ki, Silvanı 38 milyon avroya alan italyanlar Kessiyə 20, Musaççio və Rodrigesin hər birinə 18 milyon avro xərcləyib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-taliyada-transfer-bombas-partlad-t58661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR