"Mənə deyirlər ki, bizim adımızı batırırsınız" Məlahət Abbasova

"Mənə deyirlər ki, bizim adımızı batırırsınız" Məlahət Abbasova
19:32 12 İyun 2017
188 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova sosial şəbəkədə ünvanına yazılan tənqidlərə əsəbiləşib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "ATV maqazin onlarla" verilişində həmyerlilərinin onu pisləməsinə üzüldüyünü deyib:

"Məni tənqid edirlər ki, hər zaman bədbəxt, kəndçi qadın obrazını oynayırsınız. Bizim adımızı batırırsınız. Çox kök görünürsünüz. Tamaşaçılar çox mənasız fikirlər yazır. Bunlar da məni üzür. Yazılanları menecerlərim, oradakı aktrisalar oxuyurlar. Deyirlər ki, sizdə necə aktrisalar var? Onlar belə qadınları canlandıranda qırmızı boya sürtüb, kirpik taxıb, dəbdəbəli geyinir? Türkiyədə aktyor nə qrimə, nə kostyuma qarışa bilər. Orada hər kəs işini gözəl bilir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/553695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR