Rusiyadan beş ayda 22 mlrd. dollar xalis vəsait çıxarıldı

Rusiyadan beş ayda 22 mlrd. dollar xalis vəsait çıxarıldı
19:37 12 İyun 2017
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bu ilin ilk beş ayı ərzində Rusiyadan çıxarılan xalis kapitalın həcmi 22 mlrd. ABŞ dolları təşkil edib. 

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb.

Bildirilib ki, 2016-cı ilin analoji dövrün ərzində Rusiyadan xalis kapital axını 10,3 mlrd. dollar olub. Beləliklə, kapital axınında illik müqayisədə 2,17 dəfə artım qeydə alınıb. Rusiya Bankının açıqlamasında deyilir ki, ötən ildən fərqli olaraq kapital axınınıda bu il bank sektorunun xarici aktivlərini yerləşdirməsi əməliyyatları və xarici öhdəliklərin ödənilməsi faktları üstünlük təşkil edib.

Xatırladaq ki, 2016-cı ilin yekununda Rusiyadan xalis kapital axını 15,4 mlrd. dollar olub. 2015- ci ildə isə bu göstərici 57,5 mlrd. dollar təşkil edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/553709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR