Tovuzda məktəb yandı - FOTO/VİDEO

Tovuzda məktəb yandı - FOTO/VİDEO
19:38 12 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda təhsil müəssisəsi yanıb.

Publika.az xəbər verir ki, rayonun Namiq Yusifov adına 170 şagird tutumlu Ağdam kənd tam orta məktəbinin əsas binasının dam örtüyü və yanar konstruksiyaları yararsız hala düşüb.

Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Hissəsinin Tovuz rayon Bölməsinin 3 yanğınsöndürən avtomobili cəlb edilib. Alov 15 dəqiqə müddətinə ram edilib.

Məktəbin direktorunun dediyinə görə, yanğına səbəb binanın damında yaranan qısaqapanma olub. Hadisə baş verən vaxt təhsil ocağında şagird və müəllim olmayıb. İnvertarlar vaxtında alovdan xilas edilib.

Şahnaz Əyyubova - Məktəbin direktoru: "1-ə 10 dəqiqə qalmış yanğın başladı. İbtidai siniflər getmişdilər. Çıxarılan əşyaları çıxartdıq, heç bir ziyan olmadı".

Məktəbə dəyən ziyan araşdırılır. (ARB 24)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/202318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR