Neft bazarlarını bu həftə 2 mühüm xəbər gözləyir

Neft bazarlarını bu həftə 2 mühüm xəbər gözləyir
19:42 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Neft bazarlarında qiymətlərə bu həftə açıqlanacaq 2 vacib xəbər təsir göstərəcək. 
"Report" "İnvestinq.ru" saytına istinadən xəbər verir ki, iyunun 13-də OPEC təşkilatının, iyunun 14-də isə Beynəlxalq Energetika Agentliyinin (İEA) hesabatları açıqlanacaq. Bununla yanaşı, iyunun 14-də ABŞ-da kommersiya tipli neft ehtiyatları və gündəlik neft hasilatının həcmi barədə hesabat və iyunun 16-da "Baker Hughes" neft-qaz xidmətləri şirkətinin həftəlik neft quyuları barədə hesabatı gözlənilir. Bu səbəbdən neftin qiymətində bu həftə dalğalanmaların artması ehtimal edilir.
"Report"un analitik qrupu bildirir ki, neftin qiyməti azalma trendinə daxil olub və 40 dollar/barel səviyyəsindən aşağı düşə bilər. Qiymətlərin yüksəlməsi üçün neft bazarı olduqca müsbət xəbərlə üzləşməlidir. Bu halda neftin qiyməti 50 dollar/barel səviyyəsini ötə bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/neft-bazarlarini-bu-hefte-2-muhum-xeber-gozleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR