Türkiyə Rusiya səfirinin qətlinin təşkilatçılarını açıqladı

Türkiyə Rusiya səfirinin qətlinin təşkilatçılarını açıqladı
19:53 12 İyun 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Fəthullahçı Terror Təşkilatının (FETÖ) tərəfdarları tərəfindən öldürülüb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Ankara Respublika Baş Prokurorluğunun iddianaməsində deyilir.

Müstəntiqlər iddia edirlər ki, Karlovun qatili keçmiş polis Mövlud Altıntaş FETÖ-nün beş üzvü ilə əlaqə saxlayırdı və onlardan bəziləri ilə Kiprdə mehmanxanada görüşürdü. Prokurorluq rus səfirinin necə öldürülməsi barədə təlimatı onlardan aldığını bildirir.

Qeyd edək ki, Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada Rusiya haqqında fotosərginin açılışında çıxışı zamanı güllələnib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR