Dünyanın ən dəyərli futbolçusu: Nə Ronaldo, nə Messi...

Dünyanın ən dəyərli futbolçusu:   Nə Ronaldo, nə Messi...
19:57 12 İyun 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) transfer qiyməti ən yüksək olan futbolçuları müəyynləşdirib. Fanat.Az xəbər verir ki, İspaniya, İngiltərə, İtaliya, Almaniya və Fransa çempionatlarını əhatə edən araşdırmalar nəticəsində Neymarın ən dəyərli futbolçu olduğu müəyyənləşib.



CIES araşdırmalarında əsas şərtləri futbolçunun müqaviləsinin bitməsinə qalan müddət, oynadığı mövqe, klubunda göstərdiyi performans, klubun performansı, milli komandada sərgilədiyi oyun kimi kriteriyalara üstünük verir. Yekun nəticədə bəlli olub ki, Neymarın transfer qiyməti 210.7 milyon avrodu. Braziliyalı siyahıda birinci olsa da, dəyəri qış transfer pəncərəsinə nisbətən ucuzlaşıb. Həmin vaxt ona 246.8 milyon avro qiyiət qoyulmuşdu.



Qış fasiləsində 170.5 milyon avro dəyərlə ikinci olan Lionel Messinin transfer qiyməti 151.7 milyon avroya düşüb və o, 4-cü pilləyə geriləyib. 2-3-cü yerlərdə "Tottenhem"in gənc ulduzları - Dele Alli və Harri Kin qərarlaşıb. CIES-in araşdırmalarına görə, 21 yaşlı Allinin transfer dəyəri 155.1 milyon avrodu. 23 yaşlı Kində isə bu göstərici 153.6 milyon avrodur.



Bu mövsüm "Real"la həm Çempionlar Liqasını, həm də La Liqanı qazanan Kriştiano Ronaldo 7-ci yerdən 11-ci pilləyə düşüb. Portuqaliyalı ulduzun transfer qiyməti 112.4 milyon avro olub.



"Monako"nun 18 yaşlı ulduzu, dünyanın ən bahalı transferi olmağa namizəd Kilian Mbappeyə 92.6 milyon avro qiymət qoyulub. 


Siyahının ilk 15 pilləsində yer alan futbolçuları təqdim edirik:


1. Neymar (Barselona): 210,7 milyon avro

2. Dele Alli (Tottenhem): 155,1 milyon avro

3. Harri Kin (Tottenhem): 153,6 milyon avro

4. Lionel Messi (Barselona): 151,7 milyon avro

5. Antoine Qrizmann (Atletiko): 150,3 milyon avro

6. Luis Suares (Barselona): 140,8 milyon avro

7. Paul Poqba (Mançester Yunayted): 134,3 milyon avro

8. Qonzalo Hiquayn (Yuventus): 120,2 milyon avro

9. Eden Hazard (Çelsi): 117,2 milyon avro

10. Paulo Dibala (Yuventus): 115,3 milyon avro

11. Kriştiano Ronaldo (Real): 112,4 milyon avro

12. Kevin De Bruyne (Mançester Siti): 110,5 milyon avro

13. Romelu Lukaku (Everton): 105,4 milyon avro

14. Robert Levandovski (Bavariya): 100,6 milyon avro

15. Raheem Sterlinq (Mançester Siti): 98,8 milyon avro


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dunyann-n-dyrli-futbolcusu-t58663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR