"Qarabağ"ın keçmiş hücumçusu ilk dəfə İsveç millisinə çağırıldı

"Qarabağ"ın keçmiş hücumçusu ilk dəfə İsveç millisinə çağırıldı
20:12 12 İyun 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" klubunun sabiq futbolçusu Samuel Armenteros İsveç milli komandasına dəvət alıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu martın 13-də Norveç yığması ilə yoldaşlıq görüşünə çağırılıb.

Armenteros Oslodakı "Ullevaal" stadionunda keçiriləcək qarşılaşmada meydana çıxsa, əsas millidə debüt edəcək. 2018-ci il dünya çempionatının seçmə mərhələsində Fransa üzərində 2:1 hesablı qələbə qazandıqları görüşdən sonra bir çox futbolçuya istirahət verilib. Əvəzində baş məşqçi Yan Andersson bir neçə futbolçunu yoxlamağı qərara alıb.

Qeyd edək ki, Samuel Armenteros "Qarabağ"da 2015-2016 mövsümündə çıxış edib və 23 oyuna 7 qol vurub. Norveç millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/553578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR