Moskva və Peterburqda 650 etirazçı saxlanıldı

Moskva və Peterburqda 650 etirazçı saxlanıldı
20:19 12 İyun 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında 650 nəfər saxlanılıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili işlər nazirliyinin mətbuat mərkəzindən bildiriblər.

 

Moskvanın mərkəzində korrupsiyaya qarşı etiraz aksiyasında 150, Sankt-Peterburqda keçirilən analoji aksiyada isə 500 nəfər saxlanılıb.

 

Rusiya DİN-in məlumatına əsasən, Sankt-Peterburqda aksiyada 3500, Moskvada isə 4500 nəfər iştirak edib.

 

Qeyd edək ki, etiraz aksiyaları Aleksey Navalnının çağırışı ilə keçirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR