Azərbaycanlı gənc alim Rusiya Təbiətşünaslıq Akademiyasının professoru seçilib

Azərbaycanlı gənc alim Rusiya Təbiətşünaslıq Akademiyasının professoru seçilib
20:52 12 İyun 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ AMЕA Naхçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova Rusiya Federasiyasının Təbiətşünaslıq Akademiyasının professoru seçilib.
"Report" AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinə istinadən xəbər verir ki, gənc alim bu ada elm sahəsindəki xidmətlərinə, sözügedən müəssisə ilə əlaqələrin inkişafındakı fəaliyyətinə görə layiq görülüb. 
Qeyd edək ki, Günel Məmmədova 100-dən çox elmi məqalənin, 3 kitabın müəllifidir. Onun yerli xammal əsasında alınan “Erionit tipliseolitin alınma üsulu” və “Tomsonit tipli seolitin alınma üsulu” adlı ixtiraları Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin patentinə layiq görülüb.
Bundan əlavə, gənc alim ötən il Rusiyanın Krasnoyarsk şəhərində fəaliyyət göstərən Elmi-İnnovasiya Mərkəzi tərəfindən elmi tədqiqatların inkişafında roluna görə fəxri fərmanla təltif olunub. Günel Məmmədovanın bir neçə məqaləsi ABŞ-ın nüfuzlu “Şüşənin fizikası və kimyası” (Glass Physics and Chemistry) jurnalında rus və ingilis dillərində nəşr edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerbaycanli-genc-alim-rusiya-tebietsunasliq-akademiyasinin-professoru-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR