Ən bahalı futbolçular - Neymar 1-ci, Ronaldo 11-ci

Ən bahalı futbolçular - Neymar 1-ci, Ronaldo 11-ci
21:43 12 İyun 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) dünyanın ən bahalı futbolçularını açıqlayıb.

Trend-in məlumatına görə, Mərkəzin tərtib etdiyi siyahıya əsasən, Braziliya yığmasının və İspaniyanın "Barselona" klubunun hücumçusu Neymarın transferi 210,7 milyon avro dəyərləndirilir.

İkinci və üçüncü yerlərdə müvafiq olaraq "Tottenhem"dən Dele Alli (155,1 milyon avro) və Harri Keyn (153,6 milyon) gəlir.

Neymarın komanda yoldaşı Lionel Messi isə 4-cüdür - 151,7 milyon.

Avropa çempionu, Çempionlar Liqasının hazırkı qalibi Kriştiano Ronaldonun transferi 112,4 milyon avro dəyərləndirilir - 11-ci yer.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2765765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR