Prosineçki millimizdən istefa verdi - İDDİA

Prosineçki millimizdən istefa verdi   - İDDİA
21:47 12 İyun 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə mətuatı Robert Prosineçki ilə bağlı yeni xəbər yayıb. Fanat.Az xəbər verir ki, ajansspor.com saytı xorvat mütəxəssisin millimizdən ayrıldığını iddia edib.


Xəbərdə bildirilir ki, "Bursaspor"un prezidenti Ali Ay Prosineçki ilə anlaşıb. Tərəflər iki illik müqaviləni razılaşdırıb.


İddiaya görə, Prosineçki bu gün meneceri Yaşar Çalışırla birlikdə AFFA rəhbərliyi ilə görüşüb. AFFA ona yeni müqavilə təklif edib, amma xorvat mütəxəssis qərarını verdiyini və "Bursaspor"da çalışmaq istədiyini bildirib.


Xəbərdə qeyd olunur ki, Prosineçki sabaş AFFA rəhbərliyi ilə müqaviləsni pozacaq və Türkiyəyə yolanaraq 2 illik müqaviləyə imza atacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prosinecki-millimizdn-istefa-verdi-t58665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR