"Qırmızı körpü"də gömrük-buraxılış işi dəyişdiriləcək

"Qırmızı körpü"də gömrük-buraxılış işi dəyişdiriləcək
21:47 12 İyun 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstan və Azərbaycan Avropa İttifaqının (Aİ) dəstəyi ilə "Qırmızı körpü" gömrük-buraxılış məntəqəsinin təkmilləşdirilməsi üzərində çalışır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, Gürcüstan ərazisində fitosanitar, baytarlıq və digər növ laboratoriyalar yaradılacaq: "Azərbaycan tərəfində isə iri logistika mərkəzi tikiləcək".

Qeyd edək ki, layihə bu ilin martında başlayıb və 2017-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Layihə Azərbaycana 1,3 milyon dollara başa gələcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/553724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR