Tramp iki həftə sonra bunun üçün mətbuat konfransı keçirəcək

Tramp iki həftə sonra bunun üçün mətbuat konfransı keçirəcək
21:48 12 İyun 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp iki həftə sonra mətbuat konfransı keçirərək İŞİD terror qruplaşması ilə mübarizənin necə getdiyi barədə danışacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidentinin özü bildirib.

Tramp prezident seçildikdən sonra İŞİD-lə, ümumiyyətlə, terrorizmlə mübarizəni özünün xarici siyasətinin prioritetlərindən biri adlandırıb. O, prezidentliyin ilk günlərində öz administrasiyasına İŞİD-in məhvi üzrə yeni strategiya hazırlamağı tapşırıb. Bu strategiya fevralın sonunda Trampa təqdim edilib və o vaxtdan həyata keçirilir.

Ağ Ev yeni strategiyanın detalları haqqında danışmır. Trampın fikrincə, terrorçuların istifadə edə bilməməsi üçün onun detallarını KİV-də elan etmək lazım deyil.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR