Bakı. Trend:
Türkiyənin Mardin vilayətində ağır yol qəzası baş verib, nəticədə iki nəfər həlak olub, 12 nəfər yaralanıb.
Trend-in məlumatına görə, Artuklu ile Qızıltepe bölgələrini birləştirən avtomobil yolunda betondaşıyan yük maşınının sürücüsü bir anlıq idarəetməni itirərək qarşı yola çıxıb və qarşıdan gələn mikroavtobus və minik maşını ilə toqquşub.
Qəza nəticəsində, minik maşınının sürücüsü 27 yaşlı Dilək Değer və onun 3 yaşlı oğlu hadisə yerindəcə həlak olublar. Daha 12 nəfər yarlanıb.
Yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğu bildirilir.