Türkiyədə ağır qəza: 2 ölü, 12 yaralı

Türkiyədə ağır qəza: 2 ölü, 12 yaralı
21:57 12 İyun 2017
24 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Mardin vilayətində ağır yol qəzası baş verib, nəticədə iki nəfər həlak olub, 12 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Artuklu ile Qızıltepe bölgələrini birləştirən avtomobil yolunda betondaşıyan yük maşınının sürücüsü bir anlıq idarəetməni itirərək qarşı yola çıxıb və qarşıdan gələn mikroavtobus və minik maşını ilə toqquşub.

Qəza nəticəsində, minik maşınının sürücüsü 27 yaşlı Dilək Değer və onun 3 yaşlı oğlu hadisə yerindəcə həlak olublar. Daha 12 nəfər yarlanıb.

Yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/553725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR