Nə Messi, nə Ronaldo... -

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) yaş, fərdi oyun, müqavilə müddəti, mövqe, yığmadakı çıxışı kimi bir neçə amili nəzərə alaraq, dünyanın ən bahalı futbolçularının siyahısını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, transferi 210,7 milyon avro dəyərində qiymətləndirilən "Barselona"lı Neymar ilk sırada qərarlaşıb. İlk üçlüyü "Tottenhem"in futbolçuları qapayıblar. Dele Alli (155,1 milyon) ikinci, Harri keyn isə (153,6 milyon) üçüncü olub.

Maraq üçün qeyd edək ki, "Barselona"nın ulduzu Lionel Messi (151,7 milyon) sıralamada 4-cü, "Qızıl top"un sonuncu qalibi Kriştiano Ronaldo (112,4 milyon) isə 11-ci pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR