Lənkəran sakinindən küllü miqdarda narkotik götürülüb

Lənkəran sakinindən küllü miqdarda narkotik götürülüb
22:22 12 İyun 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Lerik rayonunda Lənkəran sakinindən küllü miqdarda narkotik götürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Lerik rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran sakini Anatoliy Makarov saxlanılıb.

O, Lerik rayon ərazisində ümumi çəkisi 1,3 kq narkotik vasitə olan tiryəki satarkən saxlanılıb. Hazırda polis onun  narkotik vasitəni haradan və necə əldə etdiyini araşdırır.
 
Qeyd edək ki, A.Makarov bununla ikinci dəfə məhkumluq həyatı yaşayacaq. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/553729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR