Amerika politoloqu: “Trampın əlindəki bu “kozır”...” - VİDEO

Amerika politoloqu: “Trampın əlindəki bu “kozır”...” - VİDEO
22:43 12 İyun 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp onun ətrafındakı qalmaqallarla əlaqədar istefa verməyəcək.

Publika.az xəbər verir ki, “Obozrevatel. LIVE”-nin efirində Amerika politoloqu, “For a free Ukraine” qeyri-hökumət təşkilatının direktoru Ceyson Smart deyib.

Politoloq qeyd edib ki, Amerika lideri öz döyüş keyfiyyətləri ilə məşhurdur və elə-belə təslim olmur. Onun sözlərinə görə, ABŞ prezidentinin əlində güclü “kozır” var. Politoloq Trampın mənsub olduğu Respublikaçılar Partiyasının Konqresə nəzarət etdiyini xatırladıb.

“Respublikaçılar Partiyası Konqresin hər iki palatasında əksəriyyətə malikdir. Bu, Trampın partiyasıdır. Onlar prezidentin əleyhinə səs verməyəcəklər”, - ekspert qeyd edib.

Bununla yanaşı, politoloq hesab edir ki, nəzəri olaraq Tramp istefaya gedə bilər, amma bu ağlasığmazdır.

"O, vuruşmağı və işləməyi sevən insandır. Tramp güclü insandır və o, getməyəcək”, - Amerika politoloqu söyləyib.

Qeyd edək ki, Rusiya ilə əlaqələrdə ittiham olunan ABŞ prezidentinin impiçment oluna biləcəyi barədə iddialar gündəmdən düşmür.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR