O, indi Amerikada professordur

O, indi Amerikada professordur
23:17 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Şaban" kimi tanınan aktyor Kamal Sunalla "Meraklı köfteci" filmində çəkilən aktrisa Gölgen Bengüdən xəbər var. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, illər əvvəl ona gələn film təkliflərini qəbul etməyən aktrisa hazırda ABŞ-ın ən məşhur professorlarından biridir. Gölgen aktrisalıq karyerasına son verərək 1977-ci ildən akademik fəaliyyətə başlayıb. 

Bengü Amerikadakı "North Karolina A&T State University"də magistraturanı, Klemson Universitetində isə doktoranturanı bitirib. Hazırda isə o, Nyu-Cersi Texnologiyalar Universitetinin mexanika və sənaye mühəndisliyi fakültəsində professordur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/553645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR