Prosineçki Azərbaycan yığmasından ayrılır -

"Bursaspor"un məşqçi problemi həllini tapmaq üzrədir. "Yaşıl-ağlar"ın rəhbərliyi Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə müqavilə şərtlərini razılaşdırıb.

Metbuat.az bildirir ki, bu barədə Türkiyənin "Ajansspor" saytı məlumat yayıb. Xəbərdə tərəflərin iki illik anlaşma əldə etdikləri qeyd olunub.

Həmçinin vurğulanıb ki, meneceri Yaşar Çalışır ilə birlikdə hazırda Bakıda AFFA rəsmiləri ilə görüşən Robert Prosineçki "Bursaspor"da işləmək istədiyini federasiya rəhbərliyinin də nəzərinə çatdırıb.

Müqaviləyə xitam verilməsi ilə bağlı hüquqi prosedur həllini tapdıqdan sonra Robert Prosineçkinin Türkiyəyə yola düşəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR