Yunanıstanda zəlzələ nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb

Yunanıstanda zəlzələ nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb
23:57 12 İyun 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Yunanıstanın Lesbos adasında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə adanın meri Spiros Qalinos məlumat verib.
Onun sözlərinə görə, ölmüş qadın Vris qəsəbəsində evinin dağıntıları altından tapılıb.
Hazırda adada bütün məktəblər bağlanıb. Təhsil Nazirliyi Lesbos və
Xiosda çərşənbə axşamı keçirilməli olan buraxılış imtahanlarını təxirə salıb.
Bu gün Yunanıstanın şərqində, Lesbos və Xios adaları arasında 6,1 bal gücündə zəlzələ baş verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yunanistanda-zelzele-neticesinde-1-nefer-olub-10-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR