5 yaşlı uşaq ağacdan yıxıldı - Mingəçevirdə

5 yaşlı uşaq ağacdan yıxıldı - Mingəçevirdə
00:04 13 İyun 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhərində azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır bədən xəsarəti alıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə,  hadisə şəhərin Təbriz küçəsi 2, mənzil 16 ünvanında qeydə alınıb.

 

2012-ci il təvəllüdlü Salmanov Ayxan Daşdəmir oğlu həyətdəki əncir ağacına çıxıb və 2 metr hündürlükdən yerə yıxılaraq başından ağır xəsarət alıb.

 

Şəhər mərkəzi xəstəxanasına çatdırılan azyaşlı uşaq dərhal əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276827

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR