Ağacıdan yıxılan 5 yaşlı uşaq ağır xəsarət alıb

Ağacıdan yıxılan 5 yaşlı uşaq ağır xəsarət alıb
00:05 13 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhərində azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır bədən xəsarəti alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsi 2, mənzil 16 ünvanında qeydə alınıb.

2012-ci il təvəllüdlü Salmanov Ayxan Daşdəmir oğlu həyətdəki əncir ağacına çıxıb və 2 metr hündürlükdən yerə yıxılaraq başından ağır xəsarət alıb.
 
Şəhər mərkəzi xəstəxanasına çatdırılan azyaşlı uşaq dərhal əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/553746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR