Buffon karyerasını nə vaxt bitirəcəyini açıqladı

"Yuventus"un və İtaliya millisinin qolkiperi Canluici Buffon gələcəyi ilə bağlı "Sky Sport Italia"ya müsahibə verib.

Metbuat.az-ın məlumatına görə, məşhur qapıçı Rusiyada keçiriləcək 2018-ci il Dünya çempionatından sonra karyerasını bitirməyi planlaşdırdığını deyib.

Buffon sadəcə bir şərtlə növbəti ilin sonuna kimi qapısını qorumağa davam edə bilər. 39 yaşlı qolkiper qeyd edib ki, "Yuventus" Çempionlar Liqasının qalibi olacağı təqdirdə, UEFA Superkuboku və Klublararası Dünya çempionatını da qazanmaq üçün karyerasını 2018-ci ilin son aylarında bitirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR