Cənubi Koreya prezidenti DÇ-2030-u Şimali Koreya ilə keçirməyi təklif edib

Cənubi Koreya prezidenti DÇ-2030-u Şimali Koreya ilə keçirməyi təklif edib
01:37 13 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ Cənubi Koreyanın yeni prezidenti Mun Çje İn futbol üzrə 2030-cu il dünya çempionatını Şimali Koreya və Şimal-Şərqi Asiyanın digər ölkələri ilə birgə keçirmək arzusunda olduğunu ifadə edib.
"Report" xəbər verir ki, Mun Çje İn bunu Seulda FİFA prezidenti Canni İnfantino ilə görüş zamanı bildirib.
"Əgər Şimal-Şərqi Asiyanın qonşu ölkələri, o cümlədən Şimali və Cənubi Koreya dövlətləri futbol üzrə dünya çempionatını qəbul etməyi bacararlarsa, düşünürəm ki, bu, Şimali və Cənubi Koreya dövlətləri arasında, həmçinin Şimal-Şərqi Asiyada sülhün bərqərar olmasına kömək edəcək. Mən prezident İnfantinonun bu məsələyə maraq göstərməsini istərdim", - deyə "AP News" Munun sözlərini sitat gətirib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cenubi-koreya-prezidenti-dc-2030-u-simali-koreya-ile-kecirmeyi-teklif-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR